Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu keçib

23:30 - 4 Yanvar 2022 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir. Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 276 532 yoluxma halı və 4 632 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 290 959 532 nəfər yoluxub. Onlardan 5 446 753 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər xətti