Ermənistanda əsgər postda güllələndi

10:36 - 4 Yanvar 2022 - DÜNYA

Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib.

APA-nın “Sputnik Armenia”ya istindən verdiyi xəbərə görə, hadisə dekabrın 31-də, Vayotzor vilayətində baş verib.

18 yaşlı Movses Tadevosyan başından yaralanıb. O, hospitala aparılarkən yolda keçinib.

Tadevosyanla bir postda olmuş əsgər yoldaşı qətldə şübhəli bilinərək saxlanılıb.

 

Xəbər xətti