Smartfonlar və elektromobillər havadan enerji yığacaq

2035-ci ilə qədər smartfonlar və elektromobillərin havadan enerji yığacağı proqnozlaşdırılır.

Mütəxəssislərinin fikrincə, bir neçə ildən sonra 6G şəbəkələri sayəsində müxtəlif cihazları enerji ilə daha asan doldurmaq mümkün olacaq.
Enerjinin 6G qüllələri vasitəsilə ötürülməsi qəbuledici ilə anten arasında müəyyən tezlikli radiodalğalar sayəsində baş verəcək. Bu halda şüa müxtəlif maneələri dəf edə biləcək.

Ekspertlərin rəyinə görə, bu üsulla elektrik enerjisi uzun məsafələrə ötürüləcək.

Proqnozlara əsasən, gələcəkdə elektrik avtomobillərini idarə edərkən və ya smartfonu istifadə zamanı enerji ilə doldurmaq üçün bu və ya digər qüllələrə qoşulmaq lazım gələcək.

Mütəxəssislər əmindirlər ki, enerjinin simsiz ötürülməsi istehsal prosesini ekoloji cəhətdən daha təmiz edəcək, həmçinin elektrik enerjisinin maya dəyərini aşağı salacaq.///oxu.az

Tarix
4 Yanvar 2022 [09:10]
Müəllif
Üç nöqtə
2022-01-04 09:10:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin