Koronavirusun daha bir ştamı aşkarlandı

08:41 - 4 Yanvar 2022 - DÜNYA

Fransanın cənubunda koronavirusun yeni variantı aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzetinin elektron versiyası məlumat yayıb. Naməlum ştamm Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb.

Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb. Yeni variant "B.1.640.2" kimi işarələnib və Marsel həkimləri tərəfindən aşkar edilib.

Xəbər xətti