Yeni ildə bir qədəh şampan peyvənd olunanlara zərərlidir? - Akademik

07:45 - 31 Dekabr 2021 - DÜNYA

“Yeni il ərəfəsində alkoqoldan tamamilə imtina etmək lazım deyil, bir və ya iki qədəh şampan COVID-19 əleyhinə yeni peyvənd olunan insanların orqanizmində anticisimlərin istehsalına ciddi təsir göstərməyəcək.

Bununla belə, spirtli içkilərdən sui-istifadə etməməlisiniz”.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Qamaley adına Mərkəzin rəhbəri, rusiyalı akademik Aleksandr Qunzburq Yeni il öncəsi açıqlamasında deyib.

Alim əlavə edib ki, ümumilikdə spirtli içkilərdən sui-istifadə orqanizmə zərərli təsir göstərir: “Alkoqoldan sui-istifadə immunitet sisteminə mənfi təsir göstərir, immun hüceyrələrinin işini boğur və qan damarlarını daraldır. Hipertoniyaya meylli insanlarda bu, insult və infarkt üçün başqa bir əlavə risk faktorudur. Ümumiyyətlə, alkoqol immunitet sistemini zəiflədir və sonradan koronavirus infeksiyasına qarşı həssaslığı artırır”.

Xəbər xətti