Dünyada 2,5 mindən çox aviareys ləğv edildi

00:36 - 28 Dekabr 2021 - DÜNYA

Koronavirusun yeni "omikron" ştammına yoluxma hallarının artması ilə əlaqədar dünyada 2,5 mindən çox aviareys ləğv edilib.

Bu barədə hava gəmilərinin hərəkətini izləyən "FlightAware" portalında deyilir.

Məlumata əsasən, dekabrın 27-si 2 522 aviareys ləğv edilib, 7 690 aviareys isə yubanıb. Ləğv olunan aviareyslərin əksəriyyəti (958) ABŞ-ın payında düşür.

Bildirilir ki, ləğv edilən uçuşlar həm daxili, həm də beynəlxalq reyslərə şamil edilir.

Xəbər xətti