"Dəniz pişikləri"nin əfsanəvi komandanı öldü

23:30 - 27 Dekabr 2021 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının ( Dəniz Pişikləri – red.) ilk komandanı Riçard Marsinko 81 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Təqaüddə olan hərbçinin ölümünə infarktın səbəb olduğu deyilir.

Qeyd edək ki, 1980-ci ildə İranda amerikalı girovların uğursuz azad edilməsi əməliyyatından sonra Marsinko yeni antiterror bölmələrinin yaradılması ilə bağlı təlimat alıb. O, özünün yaratdığı “SEAL Team Six” bölmələrinə 3 il (1980-1983-cü illər) rəhbərlik edib.

Xəbər xətti