Artıq Ukraynada Türkiyənin “Bayraqdar” PUA-larının istehsalına başlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.
“Biz Türkiyə ilə əməkdaşlığımızı genişləndiririk. Hər şey "Bayraqdar"ların tədarükü ilə start götürdü, indi isə onların Ukraynada istehsalına başlanılıb. Bəli, bunlar türk "Bayraqdar"larıdır, onları Türkiyədən almışıq, lakin qeyd etmək lazımdır ki, bu dronların mühərrikləri bizdə istehsal olunur”, - Yermak qeyd edib.