"Növbəti pandemiyaya hazırlaşmalıyıq" - BMT baş katibi

08:00 - 27 Dekabr 2021 - DÜNYA

BMT-nin baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb.

Bu barədə bazar günü BMT-nin baş katibi Antoniu Quterreş məlumat verib. O, qeyd edib ki, hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.

"COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Mövcud sağlamlıq böhranını həll edərkən, növbəti pandemiyaya hazırlaşmalıyıq", - Quterreş tviter hesabında yazıb.
"Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni göstərək", - BMT rəhbəri çağırışını edib.

Xəbər xətti