İsraildə koronavirusa qarşı Paxlovid dərmanının istifadəsinə icazə verilib

00:02 - 27 Dekabr 2021 - DÜNYA

İsrail Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün Paxlovid dərmanının istifadəsinə icazə verib.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.

Məlumata əsasən, həmin dərman "Pfizer" şirkəti tərəfindən istehsal edilib:

"Səhiyyə Nazirliyi "Paxlovid" dərmanının istifadəsi üçün təcili icazə verib. Səhiyyə Nazirliyi və "Pfizer" şirkəti Paxlovid dərmanının alınması üzrə müqavilə imzalayıblar. Dərmanın yaxın günlərdə İsrailə göndəriləcəyi gözlənilir".

Xəbər xətti