Türkiyənin yerli peyvəndinin ilk partiyası Ankaraya çatdırıldı

00:16 - 25 Dekabr 2021 - DÜNYA

Türkiyə istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.

Peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam edir.
150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlarına çatdırılıb.

İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.

Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətlər üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.

Xəbər xətti