Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına daha 19 yoluxma halı təsdiqlənib.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da qonşu ölkədə Omicron ştamına yoluxma hallarının sayı 48-ə çatıb.
Qeyd edək ki, Gürcüstanda Omicron ştamına ilk yoluxma dekabrın 20-də qeydə alınıb.