CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də 79,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 78,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,81 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,62 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.