Qazaxıstanda ölüm hökmü ləğv olunub

14:02 - 23 Dekabr 2021 - DÜNYA

Qazaxıstan Senatı ölkədə ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklərlə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm cəzası ləğv edilib.
Bu qərarın qəbul edilməsinə səbəb 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına ölüm hökmünün ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolunu ratifikasiya etdikdən sonra yaranıb. 

Bundan sonra Orta Asiya respublikasında ən ağır cəza ömürlük həbs olacaq.

Emin

Xəbər xətti