“TurkoVac”ın istifadəsinə icazə verildi

15:41 - 22 Dekabr 2021 - DÜNYA

“Bu gün Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TurkoVac” peyvəndimiz təcili istifadə üçün təsdiqlənib”.

Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.

Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə - 10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.///apa

Xəbər xətti