ÜST koronavirusa qarşı onuncu vaksini tövsiyə edib

20:44 - 21 Dekabr 2021 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın "Novavax" şirkətinin istehsal etdiyi "Nuvaxovid" koronavirus vaksinini təcili istifadə üçün tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə ÜST-ün bu gün yayımladığı bəyanatda deyilir.

"Nuvaxovid" ÜST-ün təsdiq etdiyi onuncu koronavirus vaksini olub.

Qeyd edək ki, ötən gün Avropa Dərman Vasitələri Agentliyi də "Novavax"ın vaksinini təsdiq etmişdi.

Xəbər xətti