İsraildən Qasım Süleymaninin öldürülməsi ilə bağlı AÇIQLAMA

17:54 - 21 Dekabr 2021 - DÜNYA

İran İnqilab Keşikçiləri Korpusunun xüsusi "Qüds" qüvvələrinin sabiq komandiri, general Qasım Süleymaniyə sui-qəsdlə bağlı ilk dəfə İsraildən açıqlama verilib.

APA-nın "CNNTurk"ə istinadən xəbərinə görə, bu mövzuda İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman danışıb.

T. Hayman vəzifədə olduğu müddətdə bu qətli ölkəsinin iki mühüm uğurundan biri kimi qiymətləndirib.

“Rəhbərliyim dönəmində iki böyük uğur əldə etdik, onlardan ən önəmlisi Süleymaninin öldürülməsidir”, - deyə Tamir Hayman deyib.

Xəbər xətti