Qonşu ölkədə də Omikron aşkarlandı

15:12 - 20 Dekabr 2021 - DÜNYA

Gürcüstanda iki nəfərin koronavirusun Omikron ştammına yoluxduğu təsdiq olunub.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Koronavirusun Omikron ştammına yoluxan hər iki şəxs Gürcüstan vətəndaşıdır. Onlardan biri ABŞ-dan, digər isə Dubaydan səfərdən qayıdıb.

Xəstələrin hər ikisi təcrid olunub, təmasda olduqları 26 nəfərlə bağlı araşdırmalar aparılır.

Xəbər xətti