İrəvan hava limanında bomba həyəcanı

22:58 - 18 Dekabr 2021 - DÜNYA

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın “Zvartnots” hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

“Partlayıcı qurğunun olması barədə məlumat “Zvartnots” hava limanının rəhbərliyindən daxil olub. Hadisə yerində yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloq və xüsusi xilasetmə dəstələri cəlb olunub”, - deyə qurumdan bildirilib.

Hazırda qurğunun axtarışları davam edir.///oxu.az

Xəbər xətti