İstanbul-İrəvan reysləri ilə bağlı Çavuşoğludan açıqlama

12:08 - 16 Dekabr 2021 - DÜNYA

Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-Yerevan-İstanbul reysinin açılması ilə bağlı müraciətlərini nəzərdən keçirir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, aviaşirkətlərin müraciətləri Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır.

"Prinsip etibarilə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə bu marşrut üzrə hansı şirkətlərin uçuşlar həyata keçirə biləcəyi müəyyənləşdiriləcək", - deyə o bildirib.

Türkiyə XİN başçısı qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır.

Xəbər xətti