PUA-nın anqardan çıxarılması o deməkdir ki, məhsul hazırlanıb, tələblərə uyğun bütün avadanlıqlarla təchiz edilib və ilk uçuşa hazırlıq çərçivəsində yer sınaqlarına başlanılıb.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko deyib.
O, “Oxotnik”in təkbaşına, qruplar halında və döyüş təyyarələrinin müşayiəti ilə bir çox fərqli işi yerinə yetirə bilən son dərəcə ağıllı bir sistem olduğunu bildirib:
“Bu PUA yerli müdafiə sənayesinin bütün nailiyyətlərini toplamağı bacardı”.///axar.az