Türkiyə ilə Ermənistan arasında çarter reysləri açılacaq

00:17 - 14 Dekabr 2021 - DÜNYA

“Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin olunacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində 2022-ci ilin plan və büdcə komissiyasının müzakirələri zamanı çıxışında bildirib.

M.Çavuşoğlu deyib ki, Azərbaycanla aparılan məsləhətləşmələr və razılıq əsasında Ermənistanın paytaxtı İrəvanla İstanbul arasında çarter reysləri açılacaq: “Can Azərbaycanla birgə Qafqazda daimi sülhün bərpası üçün sıx diplomatik əlaqələr içərisindəyik”.

Xəbər xətti