Türkiyə lirəsi ABŞ dolları qarşısında növbəti dəfə ucuzlaşıb.
Bu gün növbəti antirekordda 1 dollar 14,33 lirə təşkil edib. Hazırda 1 ABŞ dolları 13,70 lirəyə realizə olunur.
Qeyd edək ki, analitiklər ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ərəfəsində bu həftə qlobal dollar tələbinin artdığını bildiriblər.
Bu həftə çərşənbə günü açıqlanacaq FED-in faiz qərarından sonra cümə axşamı Türkiyə Mərkəzi Bankının (TMB) Pul Siyasəti Komitəsinin iclası izlənəcək.
Xatırladaq ki, bu gün TMB dördüncü dəfə valyutaya birbaşa müdaxilə edib. Ötən həftələrdə TMB valyuta bazarına satış istiqamətində birbaşa müdaxilə etmişdi. Beləliklə, bazara 2 həftə ərzində 4-cü dəfə müdaxilə edilib.///qafqazinfo