Olimpiya və dördqat dünya çempionu vəfat edib

17:55 - 12 Dekabr 2021 - DÜNYA

Qılıncoynatma üzrə Tokio-1964 Yay Olimpiya Oyunlarının qalibi Yuri Şarov vəfat edib.

Bu barədə Rusiya Qılıncoynatma Federasiyasının rəsmi saytı xəbər yayıb.

Veteran idmançı 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yuri Şarov Tokio olimpiadasında komanda yarışlarının qalibi olub, 1968-ci il Meksikanın paytaxtı Mexikoda keçirilmiş Oyunlarda isə gümüş medal qazanıb. O, həmçinin 4 dəfə dünya çempionu adına layiq görülüb.

Xəbər xətti