Məşhur yutuber evində ölü tapıldı

14:55 - 12 Dekabr 2021 - DÜNYA

21 yaşlı məşhur yutuber Kristina Kika Dukiç Belqraddakı evində ölü tapılıb.

Gənc fenomenin ölüm xəbərini anası Nataşa açıqlayıb.

İnstaqram, Yutub və Tvitterdə bir milyondan çox izləyicisi olan Kristinanın intihar etdiyi bildirilib.

Gənc fenomenin dostları Kristinanın bir neçə ildir kiber zorakılıqla mübarizə apardığını deyiblər. Bir müddət nifrət dolu şərhlər alan Kristinanın zorakılığa dözmədiyi üçün intihar etdiyi iddia edilib.

Serbiya Daxili İşlər Nazirliyi gənc fenomenin ölümünün araşdırıldığını açıqlayıb.///axar.az

Xəbər xətti