İranda qaz emalı zavodunda partlayış olub

20:41 - 9 Dekabr 2021 - DÜNYA

İranın Fars əyalətində zavodda partlayış olub.

APA-nın Tehran bürosunun məlumatına görə, partlayış Parsiyan qaz emalı zavodundan Əsaluyeyə qaz-kondensatı nəql edən boru kəmərində baş verib. Partlayışa səbəb boru kəmərinin yaxınlığında aparılan qazıntı işləri olub. Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Xəbər xətti