Almaniyada poliqonda hərbi texnikalar toqquşub - ölən və yaralananlar var

00:42 - 8 Dekabr 2021 - DÜNYA

Almaniyanın Bergen hərbi poliqonunda iki hərbi texnika toqquşub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, təlim zamanı zirehli texnikaların toqquşması nəticəsində iki hərbçi ölüb, ikisi isə ağır yaralanıb.

Almaniya Müdafiə Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib. İnsidentlə əlaqədar Bergendə baş tutmalı olan təlimlər ləğv edilib.

Qeyd edək ki, Bergen Almaniyanın şimalında Aşağı Saksoniyada yerləşir və Avropanın ən böyük hərbi poliqonlarından biridir. 

Pünhan

Xəbər xətti