Moskvada silahlı şəxs 2 nəfəri öldürüb, 3 nəfəri yaralayıb

18:34 - 7 Dekabr 2021 - DÜNYA

Moskvada dovlət xidmətləri mərkəzində iki nəfərin ölümü ilə nəticələnən insidentin səbəbi məlum olub

Rusiya Daxili İşlər Nazirliyi Moskvada dövlət xidmətləri mərkəzində (ASAN Xidmətin analoqu) baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Rusiya DİN paytaxtın cənub-şərqində yerləşən dövlət xidmətləri mərkəzində silahla atəş açaraq iki nəfəri qətlə yetirən şəxsin 45 yaşlı Moksva sakini olduğunu açıqlayıb.

İlkin məlumata görə, insidentə səbəb mərkəzin mühafiçəsinin vətəndaşdan qoruyu maskadan istifadə ilə bağlı xahişi olub. Buna etiraz edən vətəndaş odlu silahla atəş açmağa başlayıb.

Nəticədə iki nəfər (mühafizəçi və operator) ölüb, üç nəfər yaralanıb. Yaralananlardan birinin 10 yaşlı qız olduğu bildirilir.///Apa

Xəbər xətti