Moskvaya güclü qar yağıb

16:56 - 7 Dekabr 2021 - DÜNYA

Rusiya paytaxtına güclü qar yağıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dünən gecə saatlarından başlayan qar dayanmadan yağır.

“Meteonovosti” portalının bildirdiyinə görə, Moskvaya üç saat ərzində ortalama 2 millimetr yağıntı düşüb. Paytaxtın cənubunda isə yağıntının miqdarı 5 millimetr olub.

Bildirilib ki, yerli vaxtla saat 15-ə kimi havanın temperaturu 0 dərəcəyə yaxınlaşacaq və qar fərqli intensivlikdə yağmağa davam edəcək.

Dekabrın 6-dan intensiv şəkildə yağmağa başlayan qar Moskvanın yollarında hərəkəti iflic edib.

Səhər saatlarında Moskva dairəvi avtomobil yolunda və paytaxtın giriş-çıxış magistralları hesab olunan Yaroslavl və Volqoqrad şose və prospektlərində böyük tıxaclar meydana gəlib.

“Yandex” sistemi həmin yollarda tıxacı 8 bal səviyyəsində qiymətləndirib.

Xəbər xətti