Qaxda qəzaya uğrayan avtomobil kanala aşıb, xəsarət alanlar var - FOTO

Qax rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qaxdan Şəki istiqamətində hərəkətdə olan "Toyota" və "VAZ-21074" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Toyota" yoldan çıxaraq kanala aşıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
6 Dekabr 2021 [17:34]
Müəllif
Üç nöqtə
2021-12-06 17:34:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin