Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi

16:27 - 6 Dekabr 2021 - Xəbər

Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələr üzrə müvafiq ölkədə ticarət nümayəndəsi təyin olunduqdan sonra ticarət nümayəndəsinin əməkhaqqı İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”na edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Bu hal istisna ilə, ticarət nümayəndəsinin əməkhaqqı indiyə qədər olduğu kimi Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələr üzrə onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən ediləcək.

Xəbər xətti