Baş Prokurorluqdan helikopter qəzası ilə bağlı - AÇIQLAMA

15:19 - 6 Dekabr 2021 - Xəbər

"Helikopter qəzası ilə bağlı istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Mürəkkəb hadisə olduğuna görə ekspertizalar təyin olunub".

APA xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

O bildirib ki, hadisənin baş verməsi səbəbləri ilə bağlı ekspertizaların nəticələri başa çatdıqdan sonda açıqlama veriləcək: "Hazırda “qara qutu”nun üzərində işlər gedir".

Xəbər xətti