2022-ci ildə Dövlət Neft Fondunun (SOFAZ) gəlirləri 10,589 milyard manat həcmində nəzərdə tutulub.
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcə layihəsi barədə rəyində deyilir.
Qeyd olunur ki, gəlirlərin 8,587 milyard manatdan çoxu karbohidrogenlərin satışından əldə olunacaq.
2022-ci ildə Fondun xərcləri 12,789 milyard məbləğində proqnozlaşdırılır.
Proqnoza əsasən, 2022-ci ildə SOFAZ-ın büdcə kəsiri 2,22 millyard manat təşkil edəcək.///trend