ABŞ-da qəzada ölən azərbaycanlının nəşi Bakıya gətirildi

ABŞ-ın Cənubi Karolina ştatında ağır avtomobil qəzası nəticəsində vəfat edən Azərbaycan vətəndaşı Aydın Adil oğlu Məmmədovun nəşi vətənə gətirilib.

Yol-nəqliyyat hadisəsi noyabrın 9-da baş verib.

Amerika-Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbal bildirib ki, A.Məmmədovun cənazəsinin dəfn olunması üçün Bakıya göndərilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə mümkün olub.

“Mərhumun valideynlərinin hadisədən xəbəri olmadığından, bu barədə məlumatı sosial şəbəkədə paylaşmadıq. Onun ABŞ-da yaşamayan valideynlərinin və yaxınlarının maddi imkanlarının məhdud olması səbəbindən Diasporla İş üzrə Dövlət Komitəsi öz dəstəyini əsirgəmədi. Bu məsələdə göstərdikləri həssas münasibətə və köməyə görə dövlət komitəsinə, səfirliyə və soydaşlarımıza minnətdarlığımı bildirirəm”, - diaspor təşkilatının sədri deyib.///oxu.az

Tarix
6 Dekabr 2021 [10:43]
Müəllif
Üç nöqtə
2021-12-06 10:43:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin