Tanınmış azərbaycanlı jurnalist vəfat etdi - FOTO

17:28 - 5 Dekabr 2021 - HADİSƏ

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Aydın Mehdiyev vəfat edib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 1967-cü il təvəllüdlü Aydın Mehdiyev uzun sürən xəstəlikdən sonra müalicə üçün getdiyi Kanadada dünyasını dəyişib.Qeyd edən ki, Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Aydın Mehdiyev bir müddət Azərbaycanın Fransadakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra Rusiyanın "Nezavisimaya Qazeta" və MİR televiziyasında fəaliyyətini davam etdirən həmyerlimiz Rusiya mediasında postsovet ölkələri üzrə siyasi şərhçi kimi də tanınıb.

Xəbər xətti