Şabranda quşçuluq sexi yanıb

20:00 - 4 Dekabr 2021 - HADİSƏ

Şabran rayonunda ümumi sahəsi 1224 m² olan quşçuluq sexinin içərisində 54 ədəd plastik qab və yerə səpilən saman 450 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər xətti