Bakıda gözətçi bıçaqlanıb

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi, qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Tarix
4 Dekabr 2021 [13:43]
Müəllif
Üç nöqtə
2021-12-04 13:43:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin