ABŞ təyyarələri Qara dənizdə - Rusiya Su-27 və Su-30-ləri havaya qaldırdı

22:32 - 3 Dekabr 2021 - DÜNYA

Rusiyanın Su-27 və Su-30 qırıcıları Qara dəniz üzərində ABŞ-ın kəşfiyyat təyyarələrini müşayiət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiə Nəzarəti Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 3-də Qara dəniz üzərində Rusiya sərhədinə yaxınlaşan hava hədəfləri aşkar edilib. Nəticədə Su-27 və S-30 qırıcıları havaya qaldırılıb, sərhəd pozuntusunun qarşısı alınıb.

Xəbər xətti