Qubada modul tipli məktəb yandı - FOTO

Ötən gün gecə saatlarında Qubanın Zıxır kəndində modul tipli məktəbdə yanğın baş verib.

Baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə verilən modul məktəb yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə yanğın qısaqapanma səbəbindən baş verib.

Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub.///apa

Tarix
2 Dekabr 2021 [15:59]
Müəllif
Üç nöqtə
2021-12-02 15:59:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin