Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi

10:15 - 2 Dekabr 2021 - Xəbər

Şəmkir rayon Polis Şöbəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən azad edilib.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmrlər imzalayıb.

Nazirin əmrləri ilə şöbənin xidmət üzrə rəis müavini, polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb.

Məlumata görə, hər iki şəxs xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.

 

Xəbər xətti