Bakıda AA seriyalı avtomobil piyadanı vurub öldürüb

09:14 - 2 Dekabr 2021 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.
Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti