Xırdalanda nənə və nəvə qonşu tərəfindən döyülüb

08:38 - 2 Dekabr 2021 - HADİSƏ

Abşeron rayonunda döyülmə hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1943- cü il təvəllüdlü Məmmədova Mədinə Cavad qızı və onun nəvəsi, 1998-ci il təvəllüdlü Hüseynli Emil Emilağa oğlu qonşusu tərəfindən döyülüb. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Xəbər xətti