Samuxda gənc qadın dəm qazından zəhərlənib

21:30 - 1 Dekabr 2021 - HADİSƏ

Samux rayon sakini zəhərlənib.

Hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü R.Novruzova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 21 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.///apa

Xəbər xətti