“Omikron” ştamının yeni simptomları açıqlanıb

19:48 - 1 Dekabr 2021 - Cəmiyyət

Cənubi Afrika Respublikasından olan həkim Unben Pilley koronavirusun yeni “omikron” ştamına yoluxanlardan yeni simptomlar barədə danışıb.

Ucnoqta.az xəbər verir ki, onun sözlərinə görə, xəstələrdə qrip əlamətləri görünməyə başlayıb: quru öskürək, qızdırma, bədən ağrısı və gecə tərləmələri.
Həkim bildirib ki, “omikron”un müəyyən simptomlarının kütləvi xarakterindən danışmaq hələ tezdir. Bununla belə, deyə bilərik ki, koronavirusun bu ştamı hələ də çox yüngül formada özünü göstərir:

“Qrip simptomları, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələr görmüşük. Düşünürəm ki, bu, gördüyümüz bütün digər COVID-19 dalğaları ilə eynidir”, – deyə Pilley söyləyib.

Xatırladaq ki, koronavirusun yeni “B.1.1.529” ştamı barədə CAR-ın səhiyyə naziri Co Faala və Böyük Britaniya alimləri məlumat verib. Onların sözlərinə görə, ilk yoluxma halları Cənubi Afrika və Honkonqda qeydə alınıb.

Xəbər xətti