Oqtay Gülalıyev VƏFAT EDİB? - Ailəsindən açıqlama

20:26 - 1 Dekabr 2021 - Cəmiyyət

Hüquq müdafiəçisi Oqtay Gülalıyev vəfat etməsi ilə bağı sosial "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.

Ucnoqta.az xəbər verir ki, hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev yayılan məlumatları təkzib edib.

"Atam Oktay Gülalıyevlə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yalnış məlumat yayması aydın deyil”, - T.Gülalıyev qeyd edib.


XXX

2019-cu ilin oktyabrında avtomobil qəzası nəticəsində xəsarət alan və hələ də komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə xəbər yayılıb. 

Qeyd edək ki, O.Gülalıyevi 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində maşın vurub. Türkiyədə müalicə aldıqdan sonra Bakıya gətirilmiş, bir müddət sonra evə buraxılmışdı.

 

Xəbər xətti