Həbsdəki dostuna yeməyin içərisində narkotik apardı - FOTO

19:20 - 1 Dekabr 2021 - HADİSƏ

2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1; 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elsevər Əli oğlu Əmirova tanışı Kürdəmir rayon sakini Rəşid Dədəxan oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan plastik qabdakı yeməyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,118 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 1,127 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 0,136 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti