İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib - FOTO

18:05 - 1 Dekabr 2021 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib.

 


Xəbər xətti