Azad olunan ərazilərdən daha 610 mina aşkarlandı

17:01 - 1 Dekabr 2021 - Xəbər

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.

ANAMA-dan bildirilib ki, noyabrın 1-dən noyabrın 30-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 256 piyada əleyhinə mina, 354 tank əleyhinə mina və 223 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 414 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Xəbər xətti