Mi-17 helikopteri ilə bağlı baş verən qəzalar

11:00 - 1 Dekabr 2021 - Xəbər

Mi-17 helikopteri bir çox ölkələrin silahlı qüvvələrində yer alır.

Ucnoqta.az Mi-17 helikopteri ilə baş verən qəzaları təqdim edir.

12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.
31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-17 qəzaya uğrayıb.
19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.
11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.
27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb 5 nəfər ölüb.
27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.
30 noyabr 2021-ci ildə Azərbaycan ordusuna məxsus Mi-17 ölkənin Xızı rayonunda qəzaya uğrayıb, 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Taktiki-texniki xüsusiyyətləri
Ümumi parametrləri

Ekipaj: 3 nəfər (2 pilot və 1 mühəndis) Tutumu: 24 nəfər və ya 12 xərək, 4,000 kq yük
Uzunluğu: 18.465 m
Rotor diametri: 21.25 m Hündürlüyü: 4.76 m Boş çəki: 7,489 kq
Yüklü çəki: 11,100 kq
Maksimal qalxma çəkisi: 13,000 kq
Güc təminatçısı: 2 ədəd Klimov VK-2500PS-03 mühərriki Uçuş keyfiyyətləri
Maksimum sürət: 280 km/s
Maksimal uçuş məsafəsi: 800 km
Uçuş tavanı: 6,000 m
Yüksəkliyə qalxma sürəti: 8 m/s
Silahlanma 1,500 kq-dan çox silah, raket və ya aviabomba daşıya bilər.

Xəbər xətti