“Messi haqlıdır, “Qızıl top”u Levandovskiyə təqdim edin”

İngiltərə millisinin keçmiş hücumçusu Hari Lineker PSJ-nin hücumçusu Lionel Messinin “Bayern”in hücumçusu Robert Levandovskiyə aid müraciətinə münasibət bildirib.

“Messi ilə razıyam, haqlıdır. Mükafatı Levandovskiyə təqdim edin. Bu çox sadə və düzgündür”, - deyə H.Lineker bildirib.

Xatırladaq ki, Messi ötən gecə karyerası ərzində yeddinci “Qızıl top”u qazanıb. Messi çıxışında Levandovskinin 2020-ci ildə daha güclü olduğunu, lakin mükafatsız qaldığını bildirərək, təşkilatçıları ədaləti bərpa etməyə çağırıb.

Mənbə: Sports.ru

Tarix
1 Dekabr 2021 [00:40]
Müəllif
Üç nöqtə
2021-12-01 00:40:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin